“Eurovision-2014” mahnı müsabiqəsinin final şousunun interval aktı auditoriya materialları əsasında hazırlanacaq
Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin final şousunun interval aktı auditoriya materialları əsasında hazırlanacaq. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Danimarka yayım şurasının ötən ilin sonunda şounun ən yaxşı interval aktı ilə bağlı müraciətinə cavab olaraq Avropa qitəsinin müxtəlif yerlərindən çoxsaylı ideyalar daxil olub. Yarışmanın şou rəhbərliyi bu ideyalardan final mərhələsində istifadə etməyi qərara alıb.
Qeyd edək ki, ideyalar yanvarın 31-dək "Eurovision-2014" mahnı müsabiqəsinin şou rəhbərliyinə təqdim edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB