Bu gün Eldar Quliyevin doğum günüdür FOTOLAR

Bu gün Eldar Quliyevin doğum günüdür FOTOLAR

Bu gün görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor Eldar Quliyevin doğum günüdür. SİA-nın məlumatına görə, Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub.

1960-1966-cı illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir.

Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb.

Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

Qeyd edək ki, Eldar Quliyev bəstəkar Tofiq Quliyevin oğlu ssenarist Nərminə Quliyevanın atasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə