Görkəmli türkoloq alim Georg Hazai Mərkəzi Elmi Kitabxananın qonağı olub

Görkəmli türkoloq alim Georg Hazai Mərkəzi Elmi Kitabxananın qonağı olub

Bu gün macar alimi, görkəmli türkoloq Georg Hazai, alimin qızı Sisilya, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru İsa Həbibbəyli və Türkiyə Cümhuriyyəti Ardahan Universitetini rektoru Ramazan Korkmaz Mərkəzi Elmi Kitabxananın qonağı olublar. Sia-nın məlumatına görə, kitabxananın sərgi zalında G.Hazainin şəxsi kolleksiyasından ibarət əsərləri nümayiş etdirilib. Öz əsərlərindən ibarət sərgiyə baxan alim, belə diqqət və qayğıya görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib. MEK-nin direktoru Aybəniz Əliyeva-Kəngərli öz çıxışında G.Hazaiyə kitabxanaya bağışladığı şəxsi kolleksiyasına görə minnətdarlığını bildirib və kolleksiyanın MEK tərəfindən nəşr olunmuş çap kataloqunu alimə təqdim edib. Dəyərli hədiyəyyə görə təşəkkür edən türkoloq da öz növbəsində əsərlərindən ibarət yeni kitablarını kitabxanaya hədiyyə edib.

Qeyd edək ki, sonda o, gələcəkdə də kitabxana ilə əməkdaşlığı davam etdirəcəyini, yaradıcılığını əks etdirən digər əsərlərindən ibarət kitablarını da kitabxanya hədiyyə olaraq göndərəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə