Məleykə Əsədova: "Mənim çəkildiyim serialı çevirib türk kanallarına baxmayacaqlar”

Məleykə Əsədova: "Mənim çəkildiyim serialı çevirib türk kanallarına baxmayacaqlar”

Xalq artisti Məleykə Əsədova seriallara dəvəti haqda danışıb. SİA-ya açıqlama verən aktrisa bir çox seriallara çağrıldığını bildirib: "Azərbaycanda çəkilən seriallar artıq müəyyən qədər tamaşaçı auditoriyası toplamağı bacarır. Seriallar inkişaf edir. Bu, çox sevindirici haldır. Bir çox seriallarda rol almağım barədə təkliflər gəlmişdi, ancaq hələlik qəbul etmirəm. Həmişə arzu etmişəm ki, seriallarda istedadı olan aktyorlardan istifadə edilsin. Çünki yaxşı serialın ərsəyə gəlməsi təkcə mənim deyil, bütün kollektivin əməyinin nəticəsidir. Gərək ssenari, rejissor, aktyor heyəti, operator güclü olsun ki, həmin seriallarda çəkilim. Məleykə Əsədova hər hansı seriala çəkildisə, yəqin ki, izləyicilər həmin serialı çevirib türk kanallarına baxmayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə