Bu gün Azərnaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş "24 il əvvəl... 24 il sonra" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın məlumatına görə, sərgidə T.İsmayılov adına Təsviri və Tətbiqi sənət salonunun və Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin şagirdlərinin 50 ədəd rəsm əsərləri nümayiş olunub.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi və T. İsmayılov adına Təsviri və Tətbiqi sənət salonunun direktoru Aynur Həşimova çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqına göstərdiyi ağrı-acılardan söz açıb. Daha sonra bu faciənin bir qəhrəmanlıq şücaəti olduğunu da sərgidə iştirak edənlərin diqqətinə çatdırıblar.
Nəzərinizə çatdıraq ki, tədbirdə 20 Yanvar faciəsinə həsr olunan iki ədəbi-musiqili kompozisiyalar nümayiş olunub.
Qeyd edək ki, sərgi yanvarın 23-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB