Miladi: 17 yanvar 2014
Hicri: 16 rəbiul əvvəl 1435
İlin 17-ci günü
İlin sonuna 348 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:46
Günəş – 08:00
Zöhr – 12:54
Əsr – 15:43
Məğrib – 17:55
İşa – 19:16
1685 — Vyanada Johannes Diodato tərəfindən ilk kafe açılıb.
1706 — ABŞ alimi və siyəsətçisi Bencamin Franklin anadan olub.
1771 — ABŞ yazıçısı və jurnalisti Çarlz Brokden Brovn anadan olub.
1798 — Fransız sosioloqu və filosofu, sosiologiyanın banisi Ogüst Kont anadan olub.
1819 — Simon Bolivar Kolumbiya Respublikasını elan edib.
1852 — Sand-River müqaviləsi ilə İngiltərə, Transvaaldakı (Cənubi Afrika) Boer müstəmləkələrinin istiqlaliyyətiti qəbul edib.
1860 — Rus yazıçısı Anton Çexov anadan olub.
1902 — Tanınmış Türkiyə nasiri, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmət dünyaya gəlib.
1915 — I Dünya müharibəsi gedişində Qafqaz jəbhəsində Türkiyə (Osmanlı) qoşunlarını məğlub edən Rusiya qoşunları oradan İrana (Cənubi Azərbayjana) keçərək Təbrizə yaxınlaşıblar. Üç gündən sonra (yanvarın 20-si) Təbriz rus qoşunları tərəfindən işğal olunub.
1926 — Azərbaycan şairəsi Mədinə Gülgün anadan olub.
1929 — Elayze Krisle Seqar (Elzie Crisler Segar) tərəfindan yaradılan Popeye karikaturası ilk dəfə bir qəzetdə yayılıb.
1931 — ABŞ kino aktyoru Ceymz Irl Jonz anadan olub.
1933 — İtaliya müğənnisi Dalida anadan olub.
1942 — Boksçu Məhəmməd Əli anadan olub.
1944 — Monte Kasino (Monte Cassino) müharibəsi : II Dünya müharibəsinın ən uzun və qanlı müharibələrindən biri başlayıb.
1945 — SSRİ və Polşa qoşunları Varşavaya daxil olublar.
1946 — BMT Təhlükəsizlik Şurasının ilk yığıncağı keçirilib.
1961 — Konqonun Baş naziri Patris Lumumba öldürülmüşdür.
1991 — Səhrada tufan əməliyyatı, müttəfiq ölkələrin təyyarələri İraq və Küveyti bombalamışlar. İraq, əvəzin çıxaraq İsrailə 8 ədəd Skad raketi atıb.
1992 — Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanun verici orqan funksiyasını yerinə yetirən orqan) 20 Yanvarın "Şəhidlər günü" elan olunması haqqında" qanun qəbul edib. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olunub.
1992 — İrlandiya Respublikaçı Ordusu (IRA) Şimali İrlandiyada protestanlara aid bir binanı partlatmışdır, 7 işçi ölüb.
1994 - Azərbaycan Milli Ordusunun birləşmələri Qarabağ cəbhəsinin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yenidən hücuma keçmək cəhdinin qarşısını alıblar. Bundan öncə Azərbaycan Silahli Qüvvələrinin hissələri Füzuli rayonunun Horadiz qəsəbəsini, bir sıra Arazboyu kəndləri işğaldan azad ediblər. Ermənilər bu əraziləri yenidən ələ keçirmək üçün aramsız hücumlara keçsələr də, böyük itkilər verərək geri çəkilməli oldular.
1994 — Cənubi Kaliforniyada 6,7 bal gücündüə zəlzələ baş verdi: 61 nəfər ölmüş, 20 milyard dollar ziyan olduğu güman edilir.
1995 — Yaponiyanın Osaka - Kobe bölgəsində 7,2 bal gücündə bir zələzələ baş verdi: 6 mindən çox insan ölüb.
2001 — Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycannın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edib.
2008 — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu Robert Ceyms Fişer vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB