“24 il əvvəl... 24 il sonra” adlı sərgi təşkil olunacaq

“24 il əvvəl... 24 il sonra” adlı sərgi təşkil olunacaq

20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş "24 il əvvəl... 24 il sonra" adlı sərgi təşkil olunacaq. SİA-nın məlumatına görə, T.İsmayılov adına Təsviri və Tətbiqi Sənət Salonunun və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin 50 ədəd rəsm əsərinin sərgilənəcəyi tədbirdə Milliyətçi Gənclər Təşkilatı və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin üzvləri tərəfindən hazırlanan, 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-musiqi kompozisiya nümayiş olunacaq.

Qeyd edək ki, sərgi 17 yanvar saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında baş tutacaq. Sərgi yanvarın 23-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə