Bu gün Gənc Tamaşaçılar Teatrının kiçik zalında Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanmış "Bir gecənin nağılı" tamaşasının premyerası baş tutub. SİA-nın məlumatına görə, tamaşada rolları Gülnaz (Zülfiyyə Alhüseynova) və Namiq (Eşqin Quliyev) canlandırıb.
Nəzərinizə çatdıraq ki, tamaşa iki gəncin saf sevgisindən bəhs edir. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Qeyd edək ki, tamaşa alqışlarla yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB