Qurban Məsimov baş rejissor vəzifəsinə təyin olundu

Qurban Məsimov baş rejissor vəzifəsinə təyin olundu

Aktyor Qurban Məsimov Abdulla Şaiq adına Kukla Teatrına baş rejissoru vəzifəsinə təyin edilib. Bu haqda açıqlama verən aktyor sevincini SİA ilə bölüşüb: "Baş rejissor vəzifəsinə təyin olunduğum üçün çox sevincliyəm. Artıq işə başlamışam. 2-ci "Cırtdan" Beynəlxalq Kukla teatrları festivalının açılışını qurdum, ardınca "Cırtdanın yeni il sərgüzəştləri", hazırda isə xarici ölkəyə festivala dəvət almışıq. Yeni bir tamaşa üzərində işləyirik. Daha ətraflı məlumat vermək istəmirəm. Hər şey sirli qaldıqda daha maraqlı olur".

Qeyd edək ki, Rəhman Əlizadə vəfat etdikdən sonra Abdulla Şaiq adına Kukla Teatrında baş rejissor vəzifəsini icra edən yox idi.

Bütün xəbərlər Facebook səhifəmizdə