AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi zalında 1990-cı il 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş "Müstəqillik uğrunda mübarizə - 20 Yanvar" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli həmin günün mahiyyətindən bəhs edən məruzə ilə çıxış edib: "20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Buna baxmayaraq Azərbaycan xalqı öz qürurunu itirmədi, iradəsi qırılmadı". Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm günü kimi qeyd edirik. Ancaq o nüdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq".
Daha sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr edilmiş ədəbiyyat sərgisi ilə tanış olublar. Sərgilənən ədəbiyyat sırasında Aydın Balayev və Rasim Mirzənin birgə yazdıqları "20 Yanvar hadisələri. Sənədlər, Mövqelər, Şərhlər" (1999-2000) , Hacı Qüdrət Əbdülsəlimzadənin "Nikbin faciə", Qulu Kəngərlinin "Qara Yanvar şəhidləri", Rafiq Səməndərin "Şəhidlər", Feliks Çarçbadzenin "Sostradanie" və başqalarının adlarını çəkmək olar.
Nəzərinizə çatdıraq ki, həmçinin sərgidə 20 Yanvar faciəsini əks etdirən Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində 250-dən artıq ədəbiyyat, sənədlər, fotoşəkillər, videomateriallar, virtual görüntülər nümayiş etdirilib.
Qeyd edək ki, 20 Yanvar faciəsinə həsr olunan sərgi Mərkəzi Elmi Kitabxananın Sərgi zalında 15 gün müddətində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB