Yanvarın 21-dən "Eurovision-2014" mahnı müsabiqəsinə akkreditasiya başlanacaq. SİA-nın "Eurovision-2014" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, akkreditasiya "Eurovision Family Accreditation System" vasitəsilə həyata keçiriləcək.
Nəzərinizə çatdıraq ki, yanvarın 21-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan başlanacaq akkreditasiya aprelin 11-dək davam edəcək.
Qeyd edək ki, Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB