“Bir gecənin nağılı” tamaşasının premyerası olacaq

“Bir gecənin nağılı” tamaşasının premyerası olacaq

Gənc tamaşaçılar Teatrı daha bir tamaşanın premyerası təqdim etməyə hazırlaşır. SİA-nın məlumatına görə, "Bir gecənin nağılı" tamaşası nümayiş olunacaq. Tamaşanı Gülnaz (Zülfiyyə Alhüseybova) və Namiq (Eşqin Quliyev) adlı iki gəncin maraqlı tanışlığı və sonrakı taleyi öz əksini tapır.

Nəzərinizə çatdıraq ki, sözügedən tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı isə İradə Muradovadır.

Qeyd edək ki, "Bir gecənin nağılı" tamaşasının premyerası yanvarın 16-sı saat 16:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə