“Bir səbət tənhalıq” tamaşasının premyerası baş tutub

“Bir səbət tənhalıq” tamaşasının premyerası baş tutub

Bu gün Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində "Bir səbət tənhalıq" tamaşasının premyerası baş tutub. SİA-nın məlumatına görə, rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa ediblər. Tamaşa fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edir.

Tamaşa dramaturq və aktyor Məcid Vahidzadənin "Bir səbət tənhalıq" əsəri əsasında hazırlanıb.

Tamaşa haqda əməkdar artist Nofel Vəliyev məlumat verib: "Burada çox aktual məsələyə toxunulub. Belə ki, əngəlli insanların cəmiyyətə adaptasiya olunması nə qədər diqqət mərkəzindədir və ictimayət tərəfindən bu birmənalı qəbul edilirmi? Tənhalıq dedikdə tamaşaçıların xəyalında ilk olaraq yalnızlıq və darıxdırıcılıq təəssüratı formalaşır. Ancaq burda mövzu mənəvi tənhalıqdan gedir. Tamaşada əsas bəyəndiyim isə iki tənha qəlbin saf sevgisindən gedir. Hətta mən bir müddət düşündüm ki, tamaşanın adını "Melodarma" qoyum. Daha sonra fikirləşdim ki, bu ad tamaşaçını çaşdıra bilər. Ona görə də tamaşanı "Bir səbət tənhalıq" adlandırdıq. Tamaşadan da belə nəticəyə gəlinir ki, sən demə insan qəlbindəki sevgi belindəki şikəstliyi dikəldə bilərmiş".

Bütün xəbərlər Facebook səhifəmizdə