Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin 95 illik yubileyi qeyd olunacaq. SİA-nın məlumatına görə, bu münasibətlə muzey bir sıra silsilə tədbirlər həyata keçirməyi nəzərdə tutur.
Nəzərinizə çatdıraq ki, Ərtoğrul Cavidin şəxsi arxivində saxlanan materiallar əsasında nəşr edilmiş "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" çoxcildliyinin 11-ci və 12-ci cildinin nəşr edilməsi planlaşdırılır. Çoxcildliyin 11-ci cildi "Azərbaycan el mahnıları (nota köçürülmüş variant) və Ərtoğrul Cavidin çap olunmamış musiqi əsərləri", 12-ci cildi "Balaman məktəbi" adlanır.
Qeyd edək ki, yubiley münasibətilə muzeydə "Cavidlər ailəsinin ensiklopedik zəkası - Ərtoğrul Cavid" adlı elmi sessiya keçiriləcək və Ə. Cavidin həyat və yaradıcılıq yolunu əks etdirən sərgi açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB