Muxtar Avşarovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Muxtar Avşarovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Fevralın 15-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə xalq artisti Muxtar Avşarovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. SİA-nın məlumatına görə, yubiley tədbirində Muxtar Avşarovun həyat və sənət yoluna həsr edilmiş fotosərgi açılacaq, aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinləniləcək.

Nəzərinizə çatdıraq ki, 1914-cü il fevralın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində dünyaya göz açan Muxtar Avşarov Gəncə Dövlət Dram Teatrının, Bakı Bələdiyyə Teatrının səhnəsində bir sıra yaddaqalan obrazlar yaradıb. O, "Axırıncı aşırım", "Dəli Kür", "Kişi sözü", "Tütək səsi", "Qatır Məmməd", "Gün keçdi" və digər filmlərdə, "Ölülər", "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" bir çoх tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb.

Qeyd edək ki, görkəmli sənətkar 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə