“Eurovision-2014” mahnı müsabiqəsində Belarusu təmsil edəcək ifaçı müəyyən edilib.

“Eurovision-2014” mahnı müsabiqəsində Belarusu təmsil edəcək ifaçı müəyyən edilib.

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində Belarusu təmsil edəcək ifaçı müəyyən edilib. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Belarusu ölkə üzrə milli seçim müsabiqəsinin qalibi Teo (əsl adı Yuri Vaşuk) təmsil edəcək.

Nəzərinizə çatdıraq ki, "Eurovision-2014" mahnı müsabiqəsində 36 ölkə iştirakını təsdiqləyib: Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Ukrayna. Bu ölkələrdən 10-u təmsilçisini müəyyənləşdirib: Albaniya - Hersiana Matmuya; Avstriya - Konçita Vurst; Belarus - Yuri Vaşuk; Ermənistan - Aram Sərkisyan; İsrail - Mey Faynqold; Makedoniya - Tiyana Dapçeviç; Monteneqro - Sergey Çetkoviç; Niderland - İlse Delanj və Vaylon dueti; San Marino - Valentina Monetta; Ukrayna - Mariya Yaremçukdur.

Qeyd edək ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə