Gənc Tamaşaçılar Teatrının 2014-cü il üçün repertuar planı təsdiqlənib. SİA-nın məlumatına görə, maraqlı və rəngarəng tamaşalar vəd edən repertuar planına uşaqlar üçün Yevgeni Şvartsın "Qırmızı papaq", Azərbaycan xalq nağılı "Qoğalın nağılı", digər yaş kateqoriyasından olan tamaşaçılar üçün "Linenin trilogiyası" ilə yanaşı, Uilyam Şekspirin "III Riçard", Jorj Feydonun "Qadın dərzisi" tamaşaları daxil edilib.
Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı, nasir, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar teatrda dramaturqun "Sarıköynək və Valehin nağılı" əsəri əsasında yeni tamaşa hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB