“Celtic Legends” rəqs qrupu konsert verəcək

“Celtic Legends” rəqs qrupu konsert verəcək

"SA Organisation"ın dəstəyi ilə "Celtic Legends" ("Kelt əfsanələri") irland rəqs qrupunun konserti olacaq. SİA-nın məlumatına görə, "Celtic Legends" rəqs qrupu 10 ildən artıq müddətdə qastrol səfərləri ilə dünyanı fəth edib.

İrlandiya ənənəvi rəqsin, akrobatik fəndlərin, canlı musiqinin, milli musiqi alətlərinin sintezi – bütün bunlar ansamblın möhtəşəm şousuna daxildir.

Nəzərinizə çatdıraq ki, "Celtic Legends" irland rəqs qrupu insanın əhatə olunduğu aləmlə münasibətini, ilkin qorxu və sevinc hisslərini rəqsin, musiqinin dili ilə tamaşaçıya çatdırır.

Qeyd edək ki, "Celtic Legends" rəqs qrupunun konserti martın 1 və 2-si saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə