“Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım”

“Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım”

Yanvarın 21-də Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin böyük simfonik orkestr üçün yazdığı "Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım" serenadası səslənəcək.

SİA-nın məlumatına görə, klassik və müasir bəstəkarların musiqisinin görüşünü təcəssüm etdirən konsertin proqramına, həmçinin Volfqanq Amadey Motsartın 38-ci simfoniyası, Georq Fridrix Hendelin və Rusiyanın tanınmış gənc bəstəkarı, beynəlxalq müsabiqələr laureatı Mixail Krutikin əsərləri də daxil olunub.

Qeyd edək ki, Filarmoniyanın akademik simfonik orkestrinə Fyodr Lednyov dirijorluq.

Bütün xəbərlər Facebook səhifəmizdə