Azərbaycan ilə Özbəkistan Kitabxanası arasında Memorandum imzalanıb
Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın elmi tibb kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi keçirilib. SİA-nın məlumatına görə, Memorandumu Azərbaycan Dövlət Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva və Özbəkistan Dövlət Tibb Kitabxanasının direktoru Faina Bolkunova imzalayıblar.
Memorandumda tərəflər arasında kitabxana-informasiya sahəsinin aktual məsələləri və kitabxana-informasiya proseslərinin avtomatlaşdırılmasına dair təcrübə mübadiləsinin aparılması, bu sahədə birgə elmi konfranslar, seminarlar, kurslar, habelə ONLİNE konfrans və tədbirlərin keçirilməsi, kitab, jurnal və elektron nəşrlərin mübadiləsi, qarşı tərəfin tibb sahəsində əldə etdiyi nailiyyətlərə dair guşə və sərgilərin təşkili və s. həyata keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Daşkənddəki Heydər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini və artıq bu sahədə fəaliyyət göstərən müəssisələr arasında yeni-yeni əməkdaşlıq əlaqələrinin yarandığını qeyd etmişdir. O, Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin dəstəyi ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə artıq təhsil və mədəniyyət sahəsində Azərbaycan və Özbəkistanın müəssisələri arasında əlaqələr yarandığını bildirib.
Özbəkistan Dövlət Tibb Kitabxanasının direktoru Faina Bolkunova çıxışında Azərbaycan tərəfi ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının hər iki tərəf üçün faydalı olduğunu və iki dost ölkənin kitabxanaçılarının qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə ehtiyacı olduğunu qeyd edib, azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının və Azərbaycan tərəfinin tibb sahəsində əldə etdiyi nailiyyətlərin öyrənilməsində və yayılmasında maraqlı olduğunu bildirib.
Qeyd edək ki, daha sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış mədəni proqram nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB