Latviyada “Eurovision-2014” mahnı müsabiqəsinin milli seçimləri başlayıb

Latviyada “Eurovision-2014” mahnı müsabiqəsinin milli seçimləri başlayıb

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision–2014" mahnı müsabiqəsində çıxış edəcək Latviya təmsilçisinin müəyyənləşdirilməsi üçün milli seçimlərə başlanılıb. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ötən ilin sonunda Latviya Yayım Şurasının seçdiyi 24 mahnı fevralın 1 və 2-də müvafiq olaraq keçiriləcək milli seçim turunun birinci və ikinci yarımfinallarında ifa olunacaq. Hər yarımfinaldan 6 mahnı seçilərək fevralın 22-də keçiriləcək final mərhələsinə təqdim ediləcək.

Nəzərinizə çatdıraq ki, Latviya milli seçim turunun yarımfinalları Riqada, final mərhələsi isə Ventspilsdə baş tutacaq.

Qeyd edək ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə