“Bir səbət tənhalıq”

Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümündə Məcid Vahidzadənin "Bir səbət tənhalıq" adlı tamaşasını təqdim edəcək. Teatrdan SİA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyevdir.

Nəzərinizə çatdıraq ki, baş rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.

Qeyd edək ki, tamaşa yanvarın 14-də Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə