Park Cinema-da 2 yeni filmin premyerası olacaq FOTO

Park Cinema-da 2 yeni filmin premyerası olacaq FOTO

Sabahdan etibarən Park Cinema-da 2 yeni filmin premyerasını izləmək mümkün olacaq. Park Cinemanın PR meneceri Nərgiz Rəfiyevanın SİA-ya verdiyi xəbərə görə, yeni filmlər sırasında "Lombard salnamələri" və "Paranormal hadisə: İblisin nişanı" yer alıb.

"Paranormal hadisə"ni II hissədən başlayaraq dəyişilməz ssenarist Kristofer Lendon yazıb və film çəkib. Nəzərə alaraq ki, Lendon standart süjet xəttindən uzaqlaşıb, "İblisin hədəfi" əvvəlki hissələrə yad deyil. Daha heç bir qəribə xışıltı, cığıltı, "Gecə 15" və boş otaqda gizli kameralarla çəkilən bağlanan qapılar və yerini dəyişən əşyalar olmayacaq. Bu "İblisin axırıncı qovulması" filminə bənzəyir. Cessi tədricən insan simasını itirərək subyektiv kameraya sənədləşdirilmiş "mübtəlalıq salnaməsidir". Meksikada əvvəlki filmlərin personajlarına işkəncə verən qara qüvvələr bu dəfə bir ailəyə daxil olur. Əvvəlki seriyalarda qəhrəmanları dəhşətə salan qara qüvvələr yenidən azadlığa çıxaraq qurbanlar axtarır...Qeyd edək ki, "Paranormal hadisə"-nin beşinci hissəsini artıq Kristofer Lendon deyil, Ceyson Paqan və Endryu Stark yazırlar.

"Lombard salnamələri" filmində isə qiymətli və qiymətli nişan üzüyünə görə ağlasığmaz hadisələr və böyük bir qazanca görə yarışmalar başlayır. Üç tamamilə fərqli əhvalatı balaca şəhərdə yerləşən lombard birləşdirir. Məhz orada ayrı-ayrı süjet xəttlərinin personajları kəsişir. Birinci əhvalat - öz dilerlərini talan etməyə çalışan uğursuz narkomanlar haqqında kriminal komediyasıdır. İkincisində - uzun illərdir ki ilkin düşmüş qadının üzüyünün lombardda tapılması onun həyat yoldaşını 21 xanımı əsir saxlayan manyakın yanına gətirib çıxarır. Üçüncü əhvalat - şousu ilə Amerika əyalətinin yarmarkalarında çıxış edən Elvisin oxşarının həyatı haqqında komediyadır. Film sayəsində darıxdırıcı iş günlərindən uzaqlaşıb ürəkdən gülmək olar.

Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunmuşdur. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə