Türk teatrının məşhur simalarından olan Səlcuq Uluergüven 73 yaşında dünyasını dəyişib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mərhum müalicə aldığı xəstəxanada ölüb. Bir müddət əvvəl qırılan omba sümüyündəki protezin yerindən çıxması səbəbi ilə təxminən 3 ay xəstəxanada müalicə olunan Uluergüvenin gecə saatlarında həyatını itirdiyi deyilir.
Xəstəxananın baş həkimi Mustafa Oğurlu açıqlamasında bildirib ki, sənətçi 2012-ci ildən bu günə qədər müalicə olunurdu: "Mərhum sonuncu dəfə 2013-ci ilin oktyabr ayında təkrar xəstəxanaya gətirilmişdi".
Məlumat üçün bildirək ki, sənətçi 2004-cü ildə qəza nəticəsində ölən oğlunun- Eren Uluergüvenin məzarının yanında dəfn ediləcək.
Qeyd edək ki, 1962-ci ildə Ankara Meydan səhnəsində teatra başlayan müxtəlif film və seriallarda rol alan Uluergüven "Bizimkiler" serialında "Davud Usta" rolu ilə məşhurluq qazanmışdı. "Hayat Devam Ediyor", "Adanalı", "Sadullah Baba", "Ezel", "Asmalı Konak" kimi seriallarda rol almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB