Rövşən Məmmədquliyev ABŞ-da konsert verəcək

Rövşən Məmmədquliyev ABŞ-da konsert verəcək

Yanvarın 10-da Rusiya Federasiyasının Nijni Novqorod şəhərində yaşayan tanınmış gitaraçı Rövşən Məmmədquliyevin ABŞ-ın Marylhurst Universitetində konserti olacaq. SİA-nın mılumatına görə, konsert "Portlənd Klassik Gitara" seriyası çərçivəsində təşkil olunacaq.
Rövşən Məmmədquliyev 2012-ci ildə Amerika Gitara Fondunun beynəlxalq müsabiqəsinin qalibi olub.
R. Məmmədquliyev Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilmiş müxtəlif müsabiqə və festivallarda müvəffəqiyyət qazanıb.

Qeyd edək ki, onun yaradıcılıq uğurlarına Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mükafatı, Nijni Novqorod şəhəri merinin və bu vilayətin qubernatorunun, "Yeni adlar" Beynəlxalq xeyriyyə proqramının təqaüdləri də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə