2014-cü ilin martında Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti İlham Namiq Kamalın 65 illik yubileyi qeyd olunacaq. SİA-nın məlumatına görə, tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından söz açılacaq, teatrda və kinoda yaratdığı obrazlar nümayiş olunacaq.
Nəzərinizə çatdıraq ki, xalq artisti İlham Namiq Kamal Bakıdakı 31 nömrəli orta məktəbi 1966-cı ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə daxil olub. O, burada görkəmli sənətkarlarımız - Adil İsgəndərov və Rza Təhmasibin kursunda təhsil alıb. Tələbəlik illərindən istedadı, bacarığı ilə fərqlənən İlham Namiq Kamal ali təhsilini başa vurduqdan sonra müxtəlif teatrlarda bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Sənətkar 1993-cü ildə "İlham" Miniatür Teatrını yaradıb. Direktoru və bədii rəhbəri olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
Qeyd edək ki, xalq artisti İlham Namiq Kamal bu gün də Azərbaycan teatr və televiziya səhnəsində yorulmadan xidmət göstərməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB