"Carpediem" qrupu konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, qrupun üzvləri vokal Görkem Yelgin, nağarada Ferdi Ramazanstein, bass gitarda Ufuk Cumhur Karasu, karnetdə Hazan Aydın çıxış edəcəklər.
Nəzərinizə çatdıraq ki, "Carpediem" qrupu 2007 ildə yaranıb və yarandığı tarixdən bu günə kimi dinləyicilərin sevgisini və rəğbətini qazanmaqdadır. "Carpediem" qrupu "Gripin", "Duman" qruplarının və Hande Yenerin konsertində əsas sənətçilərdən öncə çıxış edib. Qrup alternativ rok, atlernativ pop musiqisini və digər musiqi janrlarını ifa edir.
Qeyd edək ki, konsert 10 yanvar saat 22:00 "Heyva" restoranında baş tutacaq. Giriş pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB