12 ölkə “Evrovision-2014” dən imtina edib

12 ölkə “Evrovision-2014” dən imtina edib

12 ölkə "Evrovision-2014" yarışmasında iştirak etməkdən imtina edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Serbiya, Kipr, Çexiya imtina səbəblərini maddi vəziyyətlərinin və cəmiyyətin müsabiqəyə olan marağının aşağı olması ilə əlaqələndiriblər.

Türkiyə yarışmada edilən qayda dəyişiklikləri ilə əlaqədar müsabiqədə iştirak etməkdən imtina edib. Lakin digər illərdə iştirak edəcəyini də istisna etmir.

Xorvatiya, Monako, Belarusiya, Bosniya Hersoqovina, Sloveniya, Andorra da müsabiqədən imtina edən ölkələr sırasındadır.

Qeyd edək ki, builki müsabiqə Danimarkanın Kopenhagen şəhərində keçiriləcək. Artıq müsabiqənin keçiriləcəyi yarımfinal və final tarixləri də müəyyən olunub. Belə ki, mayın 6 və 8-i I və II yarımfinal, 10-u isə finaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə