İranda Səhər təxəllüsü ilə tanınan şair Əzim Qələməlipurun şeirlər kitabı ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində nəşr olunub. Kitabda şairin yaradıcılığının ən son nümunələri – "Adsız məzarların sayı çoxalsın", "Bayram axşamı", "Papiros satan arvad" və s. maraqlı şerləri toplanıb.
Zəngin fəlsəfi düşüncəsi və həssas duyğuları ilə tanınan Səhərin şeirlərində əsasən, insanların taleyindən bəhs olunur.
Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB