Nazirlik bir sıra mehmanxanaların fəaliyyətinə dair lisenziyalar verib
Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə" Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin dekabr ayı ərzində aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib:
1. Fiziki şəxs Əmirov Maarif Məmmədhüseyn oğluna (hüquqi ünvanı: Şirvan şəhəri, Natavan küçəsi, ev 19; 06.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 471, seriya №-si 079653) Şirvan şəhəri, Naxçıvan küçəsi, 1/8 ünvanında yerləşən "Təbəssüm" mehmanxanası üçün.
2. "GİLAN" Məhdud Məsuliyyətli Cəmiyyətinə lisenziyanın surəti (hüquqi ünvanı: Bakı şəhəri, Z. Əliyeva prospekti, ev 38, mənzil 7; 12.11.2012-ci il tarixli, qeydiyyat nömrəsi 386, seriya №-si 079654) Bakı şəhəri, Xətai prospekti, 51 ünvanında yerləşən "Qafqaz Park Hotel" mehmanxanası üçün.
3. "Relax" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3, mənzil 40; 23.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 472, seriya №-si 079655) Lerik rayonu, Lənkəran-Lerik yolunun 33-cü km-i ərazisində yerləşən "Relax" istirahət mərkəzi üçün.
4. Fiziki şəxs İsmayılov Məlik Mayıl oğluna (hüquqi ünvanı: Ağstafa şəhəri, Füzuli küçəsi, ev 3; 23.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 473, seriya №-si 079656) Ağstafa şəhəri, Heydər Əliyev küçəsi, 35 ünvanında yerləşən "Qərb Hotel" mehmanxanası üçün.
5. "Dəştvənd" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Masallı rayonu, Ərkivan qəsəbəsi; 24.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 474, seriya №-si 079657) Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində yerləşən "Dəştvənd" istirahət mərkəzi üçün.
6. "Sahil" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Şəki şəhəri, Bazar məhəlləsi, S. Mümtaz küçəsi; 26.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 475, seriya №-si 079658) Şəki şəhəri, Bazar məhəlləsi, S. Mümtaz küçəsində yerləşən "Şəki Sahil" mehmanxanası üçün.
7. Fiziki şəxs Əliyev Mehman Nizami oğluna (hüquqi ünvanı: Lənkəran şəhəri, B.Abbasov küçəsi, ev 78, mənzil 10; 26.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 476, seriya №-si 079659) Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsi, 7 ünvanında yerləşən "Səda" mehmanxanası üçün.
8. Fiziki şəxs Məmmədov Rəhman İnqilab oğluna (hüquqi ünvanı: Şəki şəhəri, F. Əbdürəhmanov küçəsi, ev 3; 26.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 477, seriya №-si 079660) Şəki şəhəri, Şəhriyar küçəsi, 53A ünvanında yerləşən "İSSAM" mehmanxanası üçün.
9. "Nişanə" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi; 27.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 478, seriya №-si 079661) Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən "Malibu" istirahət mərkəzi üçün.
10. "Səməni" firmasına (hüquqi ünvanı: Mingəçevir şəhəri, H. Hüseynov küçəsi, ev 11; 30.12.2013-cü il tarixli, qeydiyyat nömrəsi 478, seriya №-si 079662) Mingəçevir şəhəri, H. Hüseynov küçəsi, ev 11 ünvanında yerləşən "Səməni" moteli üçün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB