Azərbaycanlı tələbə Türkiyədə “Qarabağ” adlı film çəkdi

Azərbaycanlı tələbə Türkiyədə “Qarabağ” adlı film çəkdi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbə Niyazi Səlimbəyli "Qarabağ" filminin çəkilişlərini başa çatdırıb. SİA-nın məlumatına görə, film adı çəkilən universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib.

Qarabağ müharibəsindən bəhs edən filmin müddəti 18 dəqiqədir.

Filmin çəkilməsində əsas məqsəd gənclərin gözü ilə Qarabağ həqiqətlərini izləyicilərə çatdırmaq və Türkiyədə təbliğ etməkdir.

Filmdə baş rolları Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk oynayırlar. Ekran əsərində Ukrayna (Krım), İraq (Kərkük), Kipr (Lefkoşa), Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da iştirak ediblər.

Film yaxın günlərdə youtube.com-da yerləşdiriləcəkdir.

Filmi izləmək üçün bu linkə daxil ola bilərsiniz:

https://docs.google.com/file/d/0B6e2nbVN6uRpUFZaRmkyc3o0QjA/edit

Bütün xəbərlər Facebook səhifəmizdə