"Elm və təhsil" nəşriyyatında AMEA Əlyazmalar İnstitutunun türkiyəli araşdırıcısı Ömər Özcanın "Səlim Rəfiq Rəfioğlu" adlı kitabı işıq üzü görüb. İnstitutdan SİA-ya verilən məlumatına görə, tədqiqat əsəri Gəncənin məşhur Rəfiyevlər ailəsinə mənsub görkəmli pedaqoq və ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlunun (1905-1980) həyat və yaradıcılığına həsr edilib.
Nəzərinizə çatdıraq ki, kitab Türkiyə arxiv sənədlərinə və zəngin elmi qaynaqlara istinad edən ilk tədqiqatdır. Yeni nəşri Azərbaycan dilinə uyğunlaşdıran və elmi redaktor professor Ədalət Tahirzadədir.
Qeyd edək ki, müəlliflə yanaşı, filologiya elmləri doktoru Paşa Kərimov və Ədalət Tahirzadə də kitaba ön söz yazıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB