Kianu Rivz Bakıda samuraylıq etdi FOTO

Kianu Rivz Bakıda samuraylıq etdi FOTO

Park Cinema ənənəsinə sadiq qalaraq yenə də media əhlini bir araya topladı. Belə ki, Park Cinema Metro Park-da "47 ronin" filminin premyeradan 5 gün öncə nümayişi keçirilib. "Park Cinema"nın piar meneceri Nərgiz Rəfiyeva SİA-ya açıqlamasında bildirib ki, filmin maraqlı təqdimatı üçün onu sadəcə nümayiş etdirmək və haqqında danışmaq azdır: "Təqdimatın başqalarından seçilib yaddaşlarda qalması üçün hadisə gərəkdir. Nəzərə alsaq ki film samuraylardan bəhs edir, o zaman Park Cinema kinoteatrının da öz tamaşaçılarını yadda qalan performansla təəccübləndirə bildiyini də etiraf etməliyik".

Girişdə makiyaj və saç düzümləri tamamilə yapon adətlərinə uyğun kimono geyinən qızlar tamaşaçıları ənənəvi şərq qonaqpərvərliyi və təbəssümlə qarşılayaraq marağa səbəb olub. Bununla yanaşı, furşetdə təqdim olunan təamlar da yapon mətbəxinə aid idi.

Mehriban görüş və ünsiyyətdən sonra kinomanlar zalda yerlərini alaraq ilin sonuncu xüsusi premyerasını izləyiblər.

Məlumat üçün bildirək ki, filmin baş qəhramanı hamı tərəfdən xəyanət olunan, köləliyə satılan, qisas almaq üçün tale ilə seçilən, həyata meydan oxuyan sirli naməlum 47 döyüşçüdən biri olur. Başqa dünyadan gələrək o, qadağan sevgisini qorumaq üçün qaranlıq qüvvəsinə üsyan edir. Filmin ssenarisi məhz bu əfsanəyə əsaslanır və premyerası 1 yanvar tarixinə təsadüf edir.

Film roninlərin hökmdarının qətlinə görə hazırlanan və həyata keçirilən qisas planından bəhs edir. Hökmdarı itirən roninlər ölümə ölümlə qisas almağa söz verirlər və buna görə onları edam gözləyir. Məhkəməsiz cəzaya görə məhkəmə qarşısında cavab verən roninlərə adi canilər kimi edam edilmə əvəzinə əsl samuraylara layiq seppuku, yəni intihar ayini keçirməyə icazə verirlər. "47 ronin" filmində rejissor Karl Rinş və ssenaristlər şərq süjeti xətti və qərb ekşn arasındakı balansı ustalıqla saxlaya biliblər.

Rejissor Karl Rinşin bu il ekranlaşdırdığı savaş və macəra janrında olan filmdə rolları Rinko Kikuti, Kianu Rivz, Xiroyuki Sanada, Tadanobu Asano, Keri- Xiroyuki Taqava, Rik Jene, Yorik van Vaqeninqen, Xaruka Abe, Toqo İqava, Ko Şibasaki və başqaları canlandırır.

Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunmuşdur. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə