Miladi: 28 dekabr 2013

Hicri: 24 Səfər 1435

İlin 362-cu günü
İlin sonuna 03 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:46
Günəş – 08:02
Zöhr – 12:45
Əsr – 15:25
Məğrib – 17:37
İşa – 18:59

1308 — Hanazononun başçılığı altında Yapon İmperiyası qurulub.

1612 — Qaliley Neptun planetini kəşf edib, lakin onun ulduz olduğunu zənn edib.

1836 — İspaniya Meksikanın müstəqilliyini tanıyıb.

1846 — Ayova ABŞ-ın 29-cu ştatı olub.

1856 — ABŞ-ın iyirmi səkkizinci prezidenti Vudro Vilson anadan olub.

1869 — Amerikalı Villiam E. Semple saqqıza patent alıb.

1895 — Alman fizik Vilhelm Rentgen beynəlxalq konfransda yeni şüa kəşf etdiyini bəyan edib.

1904 — Sovet kinorejissoru Sergey Yutkeviç anadan olub.

1908 — Sicilyada zəlzələ 78 000 insanın həyatına son qoyub.

1917 — Britaniyada qadınlara seçki hüququ verilib.

1925 — Rus şairi Sergey Yesenin vəfat edib.

1936 — Xalq artisti Zeynəb Xanlarova anadan olub.

1937 — Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli anadan olub.

1942 — Yaponiya hərbi hava qüvvələri Kəlküttəni bombardman edib.

1945 — Amerikalı yazıçı Teodor Drayzer vəfat edib.

1948 — Azərbaycan fotoqrafı Elxan Kərimov anadan olub.

1960 — Türk yazıçı Rəşad Nuri Güntəkinin ölümündən 4 il sonra onun "Son sığınacaq" romanı tapılıb.

1968 — İsrail xüsusi təyinatlıları Beyrut aeroportunda 14 mülki təyyarəni məhv edib.

1989 — Cəlilabadda vəziyyəti nizama salmaq üçün rayona milis dəstələri yeridilib, kütləvi həbslər aparılıb. Buna cavab olaraq xalq raykom və milisin binalarını dağıdıb. Toqquşmalar zamanı 150 nəfər xəsarət alıb.

1991 — Türkiyədə ilk kürd dilli qəzet "Rojname" nəşrə başlayıb.

1994 — Azərbaycan Respublikası Kamboca ilə diplomatik əlaqələr qurub.

1994 — Bakıda Cəlil Məmmədquluzadənin ev muzeyi açılıb.

1997 — Ankarada Metro istifadəyə verilib.

1999 — Dövlət Neft Fondu təsis edilib.

1999 — Saparmurad Niyazov (Türkmənbaşı) özünü ömürlük prezident elan edib.

2001 — Dövlət əmlakının mənimsənilməsi və dövlətə xəyanətə görə Konqonun keçmiş prezidenti Paskal Lissuba barəsində qiyabi hökm çıxarılıb.

2007 — Nepal Demokratik Federal Respublikaya çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə