Xəzər Təhsil Mərkəzi 31 dekabr Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətlə 5-12 yaş arası uşaqlar üçün "Bilik Yarışı" təşkil edib. "Bilik yarışı"nın təşkil edilməsi istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdir. SİA-nın verdiyi məlumata görə, yarış iki mərhələdən ibarət olub.
1-ci mərhələ, "Xəzər istedadlar" qrupunun hazırladığı "Qış nağılı" adlı səhnəciklə başladı və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 2-ci hissə uşaqların intellektual səviyyələrinin yoxlanılması məqsədilə bilik yarışına start verilib. "Bilik yarışı"nda fərqlənən uşaqlar Xəzər Təhsil Mərkəzinin rəhbəri Raqif Hüseynov tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov və Gənc Vətənpərvərlər Birliyinin Gəncə üzrə sədri Elçin Axundov iştirak edərək tədbir iştirakçılarına öz salamlarını çatdıraraq və uşaqlara uğurlar arzulayıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB