“Şəngülüm, Şüngülüm”

Abdulla Şaiq adına Dövlət Kukla Teatrında "Şəngülüm, Şüngülüm" adlı uşaq tamaşası səhnələşdiriləcək. SİA-nın məlumatına görə, tamaşa A. Abbasovun nağılı əsasında qoyulacaq. Biri varmış, biri yoxmuş, bir keçi varmış. Keçinin üç balası varmış. Birinin adı Şəngülüm, birinin adı Şüngülüm, o birinin də adı Məngülüm. Bu keçi hər gün gedib meşədə və çöldə otlayar, geri qayıdanda buynuzunda ot, ağzında su, döşlərində süd gətirərmiş. Günlərin bir günü Məngülüm qapını qurda açır və qardaşı Şüngülüm ilə birlikdə onun naharı olur. Şəngülüm dərhal qaçıb gizlənir, qurd onu tapa bilməyib çıxıb gedir. Sözsüz ki, keçi qurdu öldürüb balalarını xilas edir. Bir sözlə nağıl valideyn-uşaq münasibətləri, uşaqların valideynlərə qarşı itaətsizliyi və acı peşmanlıqdan bəhs edir.

Qeyd edək ki, "Şəngülüm, Şüngülüm" tamaşası dekabrın 28-i saat 12:00, 14:00-da Kukla Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə