“İblisin oğlu” Türkiyədə FOTO

"Zayka" Kinostudiyasının istehsalı olan "İblisin oğlu" filmi Türkiyədə təqdim olunacaq. SİA-nın məlumatına görə, dekabrın 27-də ilk dəfə səhnəyə qoyulacaq film izləyənləri olduqca təəccübləndirəcək. Film ilk olaraq Türkiyədəki kinoteatrlarda nümayiş olunacaq. Ən qısa zamanda sözügedən kino Azərbaycanın film saytlarında yayımlanacağı gözlənilir. Rejissorları Emre Kaya, Gökalp Yamen, rejissor köməkçiləri Niyazi Səlimbəyli və Burak Bacaksız olan filmin mövzusu da tamaşaçıların diqqətini cəlb edəcək. Belə ki, universitetin jurnalistika fakültəsində təhsil alan 5 tələbə diplom işi üçün maraqlı bir xəbər araşdırırlar. Onlar, sirr pərdəsi aralanmayan və 8 dağlının itməsində şüphə edilən, eyni zamanda dağ evində ilkin insan şərtləri ilə yaşayan Vild-ın hekayəsini kamera təsdiqləməsi şəklində xəbər yazmağa qərar verirlər. Bu arada lənətli olaraq inanılan 13 rəqəmini aradan qaldırmaq üçün 5 qurbana daha ehtiyac vardır. 8 nəfərin itməsindən sonra bu 5 tələbə sirr pərdəsinin mahiyyətini aça biləcəklər, yoxsa yox?

Qeyd edək ki, Yakın Doğu Universiteti tələbələri olan Niyazi Səlimbəyli və Gökalp Yamen bu filmdən öncə bir neçə filmə də rejissorluq edib. Bunlardan "Postal 1974", "Qarabağ-Turan", "Kanlı noel 1963" və başqaları kimi qısametrajlı filmləri sıralamaq olar. "Postal 1974" qısa filmi bir neçə yarışmalardan birində 3-cü yerə layiq görülərək, Yakın Doğu Universitetinin Radio və Televizya fakültəsinə son altı ilin yeddinci mükafatını qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə