Bu gün Çingiz Əhmədovun doğum günüdür FOTO

Bu gün Çingiz Əhmədovun doğum günüdür FOTO

Bu gün Əməkdar artist Çingiz Əhmədovun doğum günüdür. SİA-nın məlumatına görə, Çingiz Əhmdov 51 yaşını qeyd edir.

Əhmədov Çingiz Əli-Əşrəf oğlu 27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisasına yiyələnib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. İşlədiyi müddət "Boşanaq, evlənərik", "Bəbirlinin kələkləri", "Qızıl toy", "Sevgilimin anası", "Məşədi İbad", "Qız görüşə tələsir" tamaşalarında çıxış edib.

1991-ci ildə Dövlət Gənclər Teatrına dəvət olunur. Gənclər teatrından dəfələrlə cəbhə bölgələrinə getmiş, çıxışlar etmiş və bu çıxışları fərmanlara, diplomlara layiq görülüb. Bundan başqa teatrda "Arvadımın əri özüməm", "Toy kimindir?", "Valeh kəndinə qayıt", "Hamlet", "Ox və hədəf", "Aldanmış kəvakib" və başqa tamaşalarda da iştirak edib.

2003-cü ildə Musiqili Komediya Teatrına dəvət olunur. Bu illər ərzində S.Fərəcov, R.N.Güntəkin "Bir günlük siğə"də, V.Adıgözəlov, Anar "Aldın payını, çağır dayını", A.Babayev "Bəydullanın möhtəşəm toyu" tamaşalarında koloritli, duzlu obrazlar yaradıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

Evlidir. 2 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə