Görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Madam Baterflyay" operası nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, iki hissəli bu tamaşa yapon qızın sevgisi, sevdiyi şəxsin xəyanəti və faciəli sonu haqqında bəhs edir.
Qeyd edək ki, opera yanvarın 11-i saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulacaq. Biletlərin qiyməti isə 12, 22, 33 manat arasında dəyişəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB