Min bir gecə nağılı əsasında Nicat Kazımov tərəfindən səhnələşdirilmiş "Ələddin" tamaşası balaca bir oğru olan Əllədinin məhşur cadukin tərəfindən başına gətirilən çətinliklərdən bəhs edir. SİA-nın məlumatına görə, tamaşa Əllədinin bütün çətinliklərə ağlı zəkası ilə qalib gəlib şahzadə qızla həyat qurub xoşbəxt olmasından bəhs edir.
Əğrəba Sultanının vəziri Cəfər artıq çoxdandır ki, qədim zamanlarda hazırlanmış, içində cin olan sehrli lampanın axtarışındadır. Məlumdur ki, onu yalnız bir şəxs əldə edə bilər. Bu -Əğrəbanın "qiymətsiz almazı", küçə oğrusu Ələddindir.
Abu adlı əl meymunu ilə o, həmişə böyük müvəffəqiyyətlə satıcılardan yemək oğurlayır. Bu zaman şahzadə Jasmin qanuna görə bir şahzadəyə ərə getməlidir. Qız isə qanun-qayda xatirinə sevmədiyi bir şəxslə ailə qurmaq istəmir. O paltarını dəyişdikdən sonra, saraydan qaçıb getmək qərarına gəlir.
Qeyd edək ki, "Ələddin" tamaşası 27 dekabr saat 12:00, 14:00, 16:00-da Kukla Teatrında təqdim olunacaq. Biletin qiyməti isə 2 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB