Qazaxıstanda yaşayan həmyerlimiz Ulu Öndərə həsr edilən kitab nəşr edib
Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu və Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Azərbaycan Milli Mədənu Mərkəzi tərəfindən həmyerlimiz, şair Rövşən Həsənlinin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi kitabın təqdimat mərasimi keçirilib. Konsulluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Qazaxıstanda yaşayan görkəmli azərbaycanlılar" silsiləsindən olan "Vətən sevgisi" şeirlər kitabı Baş konsulluq tərəfindən reallaşdırılıb.
Tədbirdə Qazaxıstanın Aktau şəhərində yaşayan çoxsaylı soydaşlarımızın, ziyalılar, müharibə və əmək veteranları, diaspora üzvləri və KİV nümayəndələri iştirak edib.
Mərasimdə Baş konsul Rəşad Məmmədov çıxış edərək, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri qarşısında qoyduğu vacib və əhəmiyyətli məsələlərdən irəli gələrək qürbətdə yaşayan şair Rövşən Həsənlinin növbəti kitabının çap edildiyini bildirib..
Baş konsul R.Məmmədov şairin doğma yurda, vətənə sevgi, torpağa məhəbbət, saf vətəndaşlıq hisləri ilə dolu şeirləri, qürbətdə yaşayan insanın vətən haqqında nigarançılığının, narahatlığından bəhs edən "Vətən sevgisi" kitabı haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Şair Baş konsulluq tərəfindən fəxri fərmanla təltif olunub.
Şair Rövşən Həsənli "Vətən sevgisi" kitabının ərsəyə gəlməsinə görə Baş konsulluğa öz təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB