" "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin abidələri sırasında yer alan Qız qalasının bərpa və konservasiya işlərindən sonra açılacağı tarix hələlik məlum deyil". SİA-nın məlumatına görə, bunu İdarənin rəisi Samir Nuriyev deyib.
Onun sözlərinə görə, Qız qalasının bərpası və konservasiyası layihəsi bu ilin oktyabr ayında başa çatıb: "Həmin aydan başlayaraq Qız qalasının daxilində yeni muzey-ekspedisiyanın qurulması işlərinə başlanılıb. Bununla yanaşı, orada informasiya texnologiyalarından istifadə olunur, yeni proqramlar yüklənir və son tamamlama işləri gedir. Artıq işlər yekunlaşmaq üzrədir".
Tarixi abidənin açılışının dəqiq nə zaman olacağı məsələsinə aydınlıq gətirən idarə rəisi əlavə edib ki, bu barədə hələlik heç nə deyə bilmərəm, lakin bu tezliklə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB