Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılış mərasimi baş tutub FOTOLAR

Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılış mərasimi baş tutub FOTOLAR

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılış mərasimi baş tutub. SİA-nın məlumatına görə, teatr ilk olaraq kiçik səhnədə S.Bekketin "Sözsüz" əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.

Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru İsa Əsədov, səhnə və musiqi tərtibatçısı Müşfiq Əliyev, işıq rəssamı Vadim Kuskova məxsusdur. Tamaşanı isə əməkdar artist Şövqi Hüseynov uğurla ifa edib.

Qeyd edək ki, Dövlət Gənc Tamaşaçılar Teatrının 45 nəfərlik tamaşaçı tutumu olan kiçik səhnəsində teatrsevərlər bundan sonra hər həftə mono və kiçik həcmli tamaşaları seyr etmək imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə