İncəsənət adamları prezidenti təbrik etdilər- SORĞU FOTOLAR

İncəsənət adamları prezidenti təbrik etdilər- SORĞU FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ad günüdür. Bu münasibətlə incəsənət adamları ölkə başçısını təbrik ediblər:

Xalq artisti Firəngiz Mütəllimova: "Möhtərəm Cənab Prezident İlham Əliyev, ad gününüz mübarək. Sizinlə fəxr edirəm".

Xalq artisti Faiq Ağayev: "Möhtərəm Prezident!
Sizi ad gününüz, həmçinin qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2014-cü il münasibəti ilə sidq ürəkdən təbrik edir, sizə vətənimizin rifahı naminə göstərdiyiniz misilsiz fəaliyyətinizdə uca Tanrıdan böyük uğurlar, ailənizə möhkəm can sağlığı və xoşbəxtlik arzu edirəm".

Əməkdar artist Ədalət Şükürov: "Hörmətli cənab Prezident! Sizi ad gününüz münasibəti ilə ürəkdən təbrik edirəm. Ölkəmizin inkişafı naminə verdiyiniz qərarlara, bütün planları və ideyaları ən yaxşı və sürətlə həyata keçirdiyinizə görə, sizə minnətdarlığımı bildirirəm. Sizə hər zaman sağlamlıq və böyük xoşbəxtlik arzulayıram. Allah sizi və ailənizi qorusun!".

Əməkdar artist Abbas Bağırov: "Azərbaycanın dövlət başçısı İlham Əliyev Cenablarını doğum günü münasibətilə təbrik edir, ona Azərbaycanın dövlət quruculuğundakı işlərində uğurlar və can sağlığı arzulayıram".

Aktyor Anar Heybətov: "Prezidentimizi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayıram".

Müğənni Ayaz Qasımov: "Cənab Prezident ad gününüz mübarək".

Teleaparıcı İlkin Həsəni: "Mənim Prezidentim, ad gününüz mübarək".

Müğənni Elnur Məmmədov: "Cənab Prezident İlham Əliyev, ad gününüz mübarək".

Bəstəkar Hacı Nazim Məmmədov: "Cənab prezidentimiz, doğum gününüz mübarərk olsun".

Rəqqasə Oksana Rəsulova: "Cənab İlham Əliyev, bizim hörmətli prezidentimiz, sizi ad gününüz münasibətilə təbrik edir, can sağlığı arzulayıram. Allah sizi qorusun!".

Prodüser Tarix Əliyev: "Cənab Prezident, ad gününüz mübarək olsun. Sizi hər zaman Azərbaycanın dövlət başçısı görmək istəyərəm. Sizdən başqa buna layiqli heç kim yoxdur. Allah sizi qorusun".

Bütün xəbərlər Facebook səhifəmizdə