"Maskarad" tamaşası nümayiş olunacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada xalq artisti Yuriy Baliyev, əməkdar artist Natalya Şarovskaya, Azərbaycanın teatrın artistləri Olqa Arsentyeva, Mariya Dubovskaya, Maksud Məmmədov, Murad Məmmədov, Teymur Rəhimov, Yuriy Omelçenko, Yeganə Hüseynli, İnna İmranova, Fatima Əliyeva, Fəridə Nesterenko, Olesya Qasımova, Oksana Vatolina, Zaur Terequlov, Fərid Bəhramov, İlkin Mehdiyev, Rüstəm Kərimov, Safa Mehdi, Nazim Cabbarov iştirak edəcəklər. Tamaşanın quruluşçusu və rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskiydir. 20 ildən artıqdır ki, səhnəyə çıxmayan Şarovskiy şəxsən Arbenin rolunu ifa edəcək.
Nəzərinizə çatdıraq ki, 2014-cü ildə bütün dünya Mixail Yureviç Lermontovun 200 illiyini qeyd edəcək və "Maskarad" tamaşası məhz bu hadisəyə həsr edilib. "Maskarad" tamaşası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilir.
Qeyd edək ki, tamaşa dekabrın 29-u saat 19:00-da Rus Dram Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB