Hüseyn Cavidin əsərlərindən ibarət kitab AMEA-nın Mərzəki Elmi Kitabxanasının fonduna daxil edilib

Hüseyn Cavidin əsərlərindən ibarət kitab AMEA-nın Mərzəki Elmi Kitabxanasının fonduna daxil edilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun şəxsi təşəbbüsü və "Kaspi" qəzetinin və Kaspi Təhsil Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının böyük siması, Turan sevdalısı Hüseyn Cavidin əsərlərinin toplusu Türkiyə türkcəsində nəfis tərtibatda nəşr olunub. SİA-nın məlumatına görə, kitabda H.Cavidin 6 dram əsəri, 1906-1909-cu illərdə İstanbulda tələbə olduğu zamanlarda qələmə aldığı "Maral", "Afət" və "Uçurum" pyesləri, şeirləri və müxtəlif illərdə çəkilmiş rəsmləri yer alıb. 944 səhifədən ibarət olan kitabın tərtibatçısı Hüseyn Cavid irsinin araşdırıcısı Doç. Dr. Azər Turan, redaktoru Selma Sukasdır. Kitab İstanbulda "Küsena" yayınları tərəfindən Step Ajans reklamçılık, Mətbəəçilik, tanıtım və Organizasyon Ltd. Şti.-də çap olunub.

Qeyd edək ki, kitab AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə