Bayram ərəfəsində Park Bulvar və Park Cinema jurnalistlər üçün yeni il tədbiri keçirib. SİA-nın məlumatına görə, tamaşaçılar tərəfindən 3 ildir səbirsizlıklə gözlənilən Yeni il komediyasının növbəti "Yolkalar 3" filminin premyerası, məhz media nümayəndələri üçün oldu.
Kinoteatrın PR-meneceri Nərgiz Rəfiyeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd bayram abu-havasının yaradılması, il ərzində əməkdaşlıq etdiyimiz dostlarımızla daha bir görüş təşkil etmək, onları qarşıdan gələn bayram münasibəti ilə təbrik etmək, və ən maraqlısı - bütün kinomanlar üçün yeni super maraqlı oyunun təqdim edilməsidir.
Park Bulvar-ın PR-meneceri Günay Malikqızı isə hər kəsi Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdiyini deyib: "Bu il ərzində bir çox hadisələr yaşanıb və həm yaxşı, həm də çətin günlərimiz olub. Ümid edirəm ki, 2014-cü ildə bakılıların və paytaxt qonaqlarının sevimli məkanına çevrilən Park Bulvar-da bizim hələ çoxlu xoş görüşlərimiz olacaq".
Zalda qonaqlar daha bir sürprizlə qarşılaşıblar. Belə ki, tamaşaçılara kinoteatrın yeni məhsulu - "Movie Star" mobil oyunu təqdim edilib. Xüsusi olaraq Happy Baku şirkəti tərəfindən hazırlanan "Movie Star" əlavəsini bu gündən etibarən Apple Store və Google Play-dən bütün İOS və Android cihazlarına yüklənməsi mümkün olacaq. Hamı pulsuz əlavəni yükləyə, oynaya, kinokadrlardan filmlərin adını taparaq Park Cinema-dan müxtəlif hədiyyələr qazana biləcək. Xüsusilə qeyd etmək lazımdır ki, oyunu Facebook akkauntu ilə sinxronlaşdırıb kompüterdə də oynamaq olacaq. Oyunun birinci istifadəçiləri tədbirin qonaqları olub.
Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunmuşdur. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunan və kinoproyeksiya sahəsində təqdim olunan aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB