Azərbaycan Gənc Tamaşaçılar Teatrında dramaturq Əli Əmirlinin "Hasarın o üzü" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası olub. SİA-nın verdiyi xəbərə görə, baş rolları xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, digər rollarad isə Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva, Səbinə Məmmədova ifa ediblər.
Nəzərinizə çatdıraq ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edir. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bədii obrazlar vasitəsilə önə çəkilib.
Qeyd edək ki, "Hasarın o üzü" tamaşası zalda əyləşənlər tərəfindən gurultulu alqışlarla başa çatdı.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB