Prezident kuboku uğrunda VIII çövkən milli oyunu başa çatır

Prezident kuboku uğrunda VIII çövkən milli oyunu başa çatır

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar keçirilir. SİA-nın məlumatına görə, Qeyri-maddi mədəni irsimizin və milli atüstü oyunlarımızın təbliğində böyük önəm kəsb edən və 2006-cı ildən ənənəvi olaraq keçirilən yarışlarda bu il Bakı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Bərdə, Yevlax, Qazax, Ağstafa, Ağcabədi, Goranboy və Ağdamdan 20 komanda çövkən, sürpapaq, papaq, atüstü güləş və yaylıq oyunu üzrə qüvvələrini sınayır.
Dekabrın 19-da çövkən oyunu üzrə Ağdam və Şəki komandaları arasında yarımfinal oyunu keçirilib. 3-2 hesabı ilə qalib gələn Şəki komandası yarışın üçüncüsü olub. Dekabr 20-də keçiriləcək final oyununda Bakı-1 və Bakı-2 komandaları üz-üzə gələcək.

Qeyd edək ki, digər 4 oyun üzrə nəticələr isə məlumdur. Sürpapaq üzrə I yeri Balakən, II yeri Laçın, III yeri Ağcabədi, papaq üzrə I yeri İsmayıllı, II yeri Oguz, III yeri Zaqatala, IV yer Goranboy komandaları tutub. Yaylıq oyunu üzrə Yevlax, Qəbələ və Qax komandaları 1-3-cü yerləri bölüşdürüblər. Atüstü güləş üzrə I yerə Daşkəsən, II yerə Bərdə komandası çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə