Qarmon ifaçısı Aslan İlyasov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Musiqiçinin oğlunun SİA-ya verdiyi məlumata görə, o, bu gün saat 13:00-da vəfat edib: "Atamın birdən-birə halı pisləşdiyi üçün xəstəxanaya götürmək istədik. Lakin çatdıra bilmədik. Atam dünyasını dəyişdi. Çox kədərliyik. Sabah saat 11:00-da Salyanda dəfn olunacaq".
Qeyd edək ki, Aslan İlyasov uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB